Azərbaycan Milli Məclisindən Ermənistan parlamentinin spikerinə CAVAB | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Milli Məclisindən Ermənistan parlamentinin spikerinə CAVAB

Qafar Ağayev16:53 - 24 / 04 / 2023
Azərbaycan Milli Məclisindən Ermənistan parlamentinin spikerinə CAVAB

"Ermənistan parlamentinin spikeri Alen Simonyanın Laçın-Xankəndi yolunda sərhəd nəzarət-buraxılış məntəqəsi təsis edilməsi ilə bağlı sosial şəbəkələrdə verdiyi açıqlama qəbuledilməzdir".

1news.az-ın xəbərinə görə, bunu Milli Məclisin Mətbuat xidməti Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycan Respublikası tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi haqqında bəyanatına münasibətində bildirib.

"Bu, Azərbaycanın daxili işlərinə növbəti müdaxilə cəhdidir və bölgədə sülh və əmin-amanlığa töhfə vermir. Ermənistan rəsmiləri, həmçinin, parlamentin spikeri açıqlama və bəyanatlarında beynəlxalq birliyi Azərbaycana qarşı qarayaxma kampaniyasına alət etmək, o cümlədən bu məqsədlə Beynəlxalq Ədalət Məhkəməsinin məlum qərarını təhrif etmək cəhdlərindən çəkinməlidir", - qeyd edilib.

"Vurğulamaq lazımdır ki, sərhəd təhlükəsizliyinin, o cümlədən, hərəkətin təhlükəsizliyinin təmin edilməsi milli təhlükəsizlik, dövlət suverenliyi, qanunun aliliyi üçün zəruri şərtdir. Laçın yolunda sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin qarşısının alınması və sərhəd təhlükəsizliyinin təmin edilməsi Azərbaycan Hökumətinin legitim hüququdur. Azərbaycan Hökumətinin bu qərarı da qanunsuz hərəkətin qarşısını almaq, ölkə ərazisinə nizamlı giriş və çıxışı təşviq etmək məqsədinə xidmət edir.

Ermənistan tərəfinin bu qərarın guya Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderlərinin 10 noyabr tarixli üçtərəfli bəyanatına zidd olması yönündə iddiaları tamamilə əsassız və həqiqətdən uzaqdır. Məhz Ermənistan sözügedən bəyanatın müddəalarını kobud şəkildə pozaraq, ötən müddət ərzində Laçın yolundan qanunsuz hərbi məqsədlər üçün istifadə edib. O cümlədən üçtərəfli bəyanatın 4-cü bəndinə zidd olaraq, Azərbaycan ərazisində qalmaqda davam edən erməni silahlı birləşmələrinin şəxsi heyətinin rotasiyası və silah və sursatın daşınması həyata keçirilib. Yol vasitəsilə minaların daşınaraq sonradan Azərbaycan Respublikasının suveren ərazilərində basdırılması xüsusilə ağır fəsadlar doğurub, mina partlayışları nəticəsində çoxlu sayda vətəndaşımız həlak olub və yaralanıb.

Azərbaycan Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrin və humanitar yüklərin maneəsiz hərəkətini tam təmin edir.

Ermənistan tərəfini regionda gərginliyi artıracaq hərəkətlərdən, sülh danışıqlarına müxtəlif bəhanələrlə maneçilik törətməkdən çəkinməyə, ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında Azərbaycanla münasibətlərin qurulması səylərinə məsuliyyətlə yanaşmağa çağırırıq", - MM-dən bildirilib.

Paylaş:
805

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər