İlham Əliyev: Avropa İttifaqı ölkələrinin üçdə biri Azərbaycanın strateji tərəfdaşıdır | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev: Avropa İttifaqı ölkələrinin üçdə biri Azərbaycanın strateji tərəfdaşıdır

14:26 - 25 / 04 / 2023
İlham Əliyev: Avropa İttifaqı ölkələrinin üçdə biri Azərbaycanın strateji tərəfdaşıdır

Avropa İttifaqı ölkələrinin üçdə biri Azərbaycanın strateji tərəfdaşıdır.

1news.az APA-ya istinadla xəbər verir ki, bunu bu gün Sofiyada Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısının sözlərinə görə, bu gün Sofiyada imzalanan Anlaşma Memorandumu ilə Azərbaycanın Avropa ölkələrinə daha çox qaz ixrac edəcək ki, bu da ittifaqın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcək: “Bu gün imzalanan Anlaşma Memorandumu Avropanın enerji təhlükəsizliyini gücləndirəcək və Azərbaycanın bir çox Avropa ölkəsinə daha çox qaz ixrac etməsinə imkan verəcək . Bu gün artıq burada Avropa Komissiyasının enerji komissarı xanım Kadri Simson, eləcə də Avropa Komissiyasının digər rəsmiləri və digər dostlar tərəfindən də qeyd edildiyi kimi, Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır və bu sadəcə enerji sahəsində deyil, bir çox digər sahələrdə də belədir. Həmçinin sizə bildirmək istərdim ki, Azərbaycan Avropa İttifaqı üzvü olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında razılaşma və bəyannamələr imzalayıb və qəbul edib. Beləliklə, bu o deməkdir ki, Aİ ölkələrinin üçdə biri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox vacib gələcəyi var”.

Paylaş:
592

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər