Siyəzəndə torpaq sürüşməsi baş verib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Siyəzəndə torpaq sürüşməsi baş verib - VİDEO

10:50 - 05 / 05 / 2023
Siyəzəndə torpaq sürüşməsi baş verib - VİDEO

Siyəzən rayonunun Sədan kəndində torpaq sürüşməsi baş verib.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Nəticədə kənd sakinləri N.Qanbayeva və G.Məlikovanın yaşadıqları fərdi yaşayış evləri qəzalı və yaşayış üçün yararsız vəziyyətə düşüb.

Bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən evləri təhlükəli vəziyyətə düşmüş Sədan kənd sakinləri üçün müvəqqəti yaşayış məqsədilə iki ədəd çadır qurularaq vətəndaşlara təhvil verilib.

Paylaş:
331

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər