PAŞA Holding-in “Əlaçı” proqramının bağlanış tədbiri baş tutub | 1news.az | Xəbərlər
Cəmiyyət

PAŞA Holding-in “Əlaçı” proqramının bağlanış tədbiri baş tutub

17:20 - 20 / 06 / 2023
PAŞA Holding-in “Əlaçı” proqramının bağlanış tədbiri baş tutub

PAŞA Holding-in tələbələr üçün “Əlaçı” proqramının bağlanış tədbiri baş tutub.

Belə ki, bir müddət öncə gənc nəslin peşəkar inkişafına önəm verən və bu istiqamətdə müxtəlif layihələr həyata keçirən PAŞA Holding tərəfindən “Əlaçı” proqramı tədqim edilmişdir.

“Əlaçı” proqramı 3-cü və ya 4-cü kurs bakalavr tələbələrini əhatə edən tələbələrin aylıq təqaüdlə təltif edilməsini nəzərdə tutan bir illik təqaüd proqramıdır. Bununla yanaşı, “Əlaçı” proqramı çərçivəsində tələbələr üçün onların peşəkar və fərdi inkişafına yönəlmiş tədbirlər təşkil olunmuş, eləcə də karyera məsləhətləri, mentortorluq və digər xidmətlər göstərilmişdir.

2022-ci ildə proqrama müraciət edən tələbələrin ümumi sayı 2400-dən çox, proqrama seçilən tələbələrin sayı isə 115 nəfər təşkil etmişdir. Qeyd edək ki, “Əlaçı” proqramının 2023-2024-cü tədris ilində də təşkil edilməsi planlaşdırılır.

Reklam hüququnda

Paylaş:
603

Son xəbərlər

Bütün xəbərlər