Azərbaycan Prezidenti İRİA-nın nizamnamə kapitalını artırıb | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidenti İRİA-nın nizamnamə kapitalını artırıb

12:44 - 29 / 07 / 2023
Azərbaycan Prezidenti İRİA-nın nizamnamə kapitalını artırıb

Azərbaycan Prezidenti İlham Əliyev Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nizamnamə kapitalını 5 000 manat artırıb.

1news.az xəbər verir ki, bu barədə Prezidentin imzaladığı sərəncamda qeyd edilib.

Sərəncama görə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nizamnamə kapitalı 6 milyon 778 min 392 manatdan 6 milyon 783 min 392 manatadək artılıb.

Paylaş:
476

Son xəbərlər

Bütün xəbərlər