Azərbaycan və Türkiyə XİN rəhbərlərinin geniştərkibli görüşü başlayıb - YENİLƏNİB
Xarici işlər naziri Ceyhun Bayramov və Hakan Fidan arasında nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüşü başlayıb.
1news.az xəbər verir ki, görüş çərçivəsində Azərbaycanla Türkiyə arasında çoxşaxəli əməkdaşlıq gündəliyində duran məsələlərin müzakirəsi nəzərdə tutulur.
13:24
İyulun 31-də Ankarada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş olub.
1news.az xəbər verir ki, nazirlər ikitərəfli əlaqələrin hazırkı durumunu, gələcək inkişaf perspektivlərini və regiondakı vəziyyəti müzakirə ediblər.
XİN başçıları görüşün yekunları ilə bağlı mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, C.Bayramov Türkiyədə rəsmi səfərdədir. O, iyulun 31-də Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Atatürkün Anıtqəbir məqbərəsini ziyarət edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın XİN başçısını qəbul edəcək.