Qərbi Azərbaycan İcması Paşinyanın saxta iddialarını pisləyib - BƏYANAT | 1news.az | Xəbərlər
Siyasət

Qərbi Azərbaycan İcması Paşinyanın saxta iddialarını pisləyib - BƏYANAT

09:27 - 07 / 08 / 2023
Qərbi Azərbaycan İcması Paşinyanın saxta iddialarını pisləyib - BƏYANAT

Qərbi Azərbaycan İcması bəyanat yayıb.

1news.az xəbər verir ki, bəyanatda deyilir:

"Biz, Ermənistandan qovulmuş azərbaycanlıları təmsil edən və onların geri qayıtmaq hüququnu müdafiə edən bir təşkilat olaraq Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti dəfə səsləndirdiyi saxta iddiaları qətiyyətlə pisləyirik. Belə ki, baş nazir Paşinyanın 25 iyul 2023-cü il tarixli mətbuat konfransının bir neçə gün əvvəl dərc olunmuş video yazısından məlum olduğu kimi, o, azərbaycanlıların Ermənistanı “könüllü tərk etməsi” və onlara “təzminat ödənilməsi” ilə bağlı əsassız və bir-biri ilə ziddiyyət təşkil edən iddialar ilə çıxış edib. Əvvəla, qeyd edilməlidir ki, təzminat qanunsuz aktın törədilməsi və itkilərin baş vermiş olmasının etirafı mənasına gəlir ki, bu da könüllü tərk etmə iddiası ilə ziddiyyət təşkil edir. Əgər insanların kütləvi şəkildə köç etməsi həqiqətən könüllü olubsa, onda onlara niyə təzminat təklif edilib? İkincisi, biz Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququndan imtina etmələri müqabilində hər hansı formada təzminat aldıqları barədə iddianı qəti şəkildə təkzib edirik.

Zorla qovulma nəticəsində böyük əziyyət çəkmiş icma olaraq biz Ermənistandakı dədə-baba torpaqlarımıza qayıtmaq hüququmuzun təmin edilməsi tələbimizdə qətiyyətlə dayanırıq.

Ermənistanın baş nazirinin iddiaları onun həqiqəti təhrif etmək və icmamıza qarşı törədilmiş haqsızlıqlara görə məsuliyyətdən yayınmaq üçün növbəti cəhdidir. Ermənistan hökumətinin əsassız iddiaları qovulmuş azərbaycanlıların iztirablarını daha da artırır, sülh və barışığa gedən yolu çətinləşdirir. Ermənistan hökumətinin qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmaq kimi hamılıqla qəbul olunmuş hüququnun həyata keçirilməsinə imkan verməkdən imtina etməsi bu dövlətin guya demokratik dəyərlərə bağlı olması və insan hüquqlarına hörmət etməsi ilə bağlı iddialarında nə dərəcədə qeyri-səmimi olduğunu ortaya qoyur. Ermənistanın hüquqlarımızı təmin etməkdən imtina etməsi onun azərbaycanlılara qarşı nifrət əsasında etnik ayrı-seçkilik etməsini və “milli azlıq yoxdursa, problem yoxdur” siyasəti yürütməsini birmənalı şəkildə sübut edir.

Biz Ermənistanı 2020-ci ildə münaqişə başa çatdıqdan sonra ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə təhlükəsiz şəkildə qayıtmasına imkan vermiş Azərbaycan tərəfindən nümunə götürməyə çağırırıq. Ermənistan insan hüquqlarına və beynəlxalq hüquqa eyni səviyyədə hörmət nümayiş etdirməli və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq hüququnu təmin etməlidir.

Biz Ermənistan hökumətindən yalan iddialar yaymağı dayandırmağı və Ermənistandan qovulmuş azərbaycanlıların legitim narahatlıqları ilə bağlı İcmamız ilə substantiv dialoqa başlamağı tələb edirik".

Paylaş:
288

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər