Türkiyədə İrana casusluq edən 2 azərbaycanlı tutuldu - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Türkiyədə İrana casusluq edən 2 azərbaycanlı tutuldu - FOTO

15:48 - 09 / 08 / 2023
Türkiyədə İrana casusluq edən 2 azərbaycanlı tutuldu - FOTO

İstanbul polisi İran kəşfiyyatına casusluq edən xüsusi bir qrupa qarşı genişmiqyaslı əməliyyat keçirib.

1news.az “Sabah”a istinadən xəbər verir ki, əməliyyat çərçivəsində İrana casusluq etməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb.

Onlar arasında Seymur Rzayev və Hikmət Əliyev adlı iki azərbaycanlının da olduğu bildirilir.

“Mouze” teleqram kanalı Seymur Rzayevin şəxsiyyət vəsiqəsinin fotosunu da paylaşıb. Məlum olub ki, o, Azərbaycan vətəndaşıdır.

Paylaş:
771

Son xəbərlər

Göyçayda yanğın olub

25 / 03 / 2026, 16:50
Bütün xəbərlər