Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - FOTO

12:34 - 22 / 08 / 2023
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - FOTO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev avqustun 22-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

1news.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Şavkat Mirziyoyevi və xanımı Ziroatxon Mirziyoyevanı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.

Paylaş:
618

Son xəbərlər

Bütün xəbərlər