Bakıda qadın metronun yaxınlığında bıçaqlandı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qadın metronun yaxınlığında bıçaqlandı - VİDEO

Qafar Ağayev15:42 - 29 / 08 / 2023
Bakıda qadın metronun yaxınlığında bıçaqlandı - VİDEO

Bakıda qadın metrostansiyanın yaxınlığında bıçaqlanıb.

1news.az-ın Trend-ə istinadən xəbərinə görə, hadisə bu gün Yasamal rayonu, metronun “İnşaatçılar” stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, qadın tanışı tərəfindən şəxsi münasibətlər zəminində bıçaq xəsarətləri alıb.

Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
299

Son xəbərlər

Bütün xəbərlər