Sevinc Fətəliyeva: “Paşinyanın bu addımı isə onun sülhə maraqlı olmadığını göstərir” | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: “Paşinyanın bu addımı isə onun sülhə maraqlı olmadığını göstərir”

14:05 - 02 / 09 / 2023
Sevinc Fətəliyeva: “Paşinyanın bu addımı isə onun sülhə maraqlı olmadığını göstərir”

"Azərbaycan Vətən müharibəsində qalib ölkə kimi regionda yeni reallıqlar yaradıb və şərtləri diqtə edən tərəfdir".

Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

"Ermənistanın və Rusiya sülhməramlıları kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qanunsuz rejimin təxribatları qəbulolunmazdır. Bu gün Qarabağdakı erməni separatçılarının davranışları və Ermənistan hakimiyyətinin onlara dəstəyi yolverilməzdir".
Deputat bildirib ki, Nikol Paşinyanın Qarabağdakı separatçılara dəstəyi beynəlxalq hüquq normalarına tamamilə ziddir.

"Separatizm bütün dünyada qəbul olunmur. Paşinyanın bu addımı isə onun sülhə maraqlı olmadığını göstərir. son hadisələr fonunda beynəlxalq birliyin diqqəti bölgəmizə yönəlib. Azərbaycan sülh müqaviləsinin imzalanmasının, bölgədə çoxşaxəli əməkdaşlıq mühitinin yaradılması tərəfdarıdır. Bu, regionda bütün xalqların və dövlətlərin maraqlarına tam cavab verir. Belə bir şəraitdə Ermənistan isə konkret mövqe ortaya qoymalıdır. Yəni ərazi iddiasından əl çəkməli və sülh müqaviləsini imzalamalıdır".
Millət vəkilinin sözlərinə görə, ən əsası, Ermənistan üçtərəfli Bəyanatın tələblərini tam yerinə yetirməlidir.

"Bu mənada 10 noyabr razılaşmalarının 4-cü bəndi yerinə yetirilməlidir. Məğlub ölkənin hərbi-siyasi rəhbərliyi anlamalıdır ki, istənilən təxribat cəhdinin və qeyri-qanuni fəaliyyətin qarşısı alınacaq. Ali Baş Komandanımızın qeyd etdiyi kimi, “əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır”. Ona görə də Ermənistan regionda vəziyyətin gərginləşməsinə xidmət edən addımlardan çəkinməli, separizmə dəstək verməməli və sülh prosesini uzatmamalıdır. Qarabağda erməni separatizminə son qoyulmalıdır. Dövlətimizin bu məsələdə mövqeyi prinsipialdır. Eyni zamanda, beynəlxalq birlik də aydın və konkret mövqeyini ortaya qoymalı, ikili standartlardan çıxış etməməlidur", - deyə Sevinc Fətəliyeva vurğulayıb.

Paylaş:
633

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər