Ceyhun Bayramov: Enerji sahəsində əməkdaşlıq Azərbaycan və Macarıstan əlaqələrinin əsasıdır
"Enerji sahəsində əməkdaşlıq Azərbaycan və Macarıstan arasında əlaqələrin əsas sütunudur".
1news.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Budapeştdə macar həmkarı Peter Siyarto ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
"Biz Avropada ən böyük enerji infrastrukturu layihəsi olan Cənubi Qaz Dəhlizi vasitəsilə strateji tərəfdaşlığımızı inkişaf etdirməyə davam edirik. Macarıstan yeni təşəbbüs olan, Xəzər qazının Avropaya Cənub Qaz Dəhlizi vasitəsil’ çatdırılmasını və Avropanın enerji təhlükəsizliyinə töhfəni hədəfləyən "Həmrəylik Halqası"nın iştirakçısıdır", - nazir bildirib.
364