Ceyhun Bayramov Xorvatiyaya səfər edib | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov Xorvatiyaya səfər edib

17:21 - 05 / 09 / 2023
Ceyhun Bayramov Xorvatiyaya səfər edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya Respublikasına rəsmi səfərə yola düşüb.

XİN-dən 1news.az-a verilən xəbərə görə, səfər çərçivəsində, nazir Ceyhun Bayramov ilə Xorvatiya xarici və Avropa işləri naziri Qordan Qrliç Radman və Xorvatiyanın digər yüksək vəzifəli rəsmi şəxsləri arasında görüşlərin keçirilməsi nəzərdə tutulur.

Səfər zamanı, həmçinin nazir Ceyhun Bayramovun Cənubi Qafqazda təhlükəsizlik problemləri və Azərbaycan ilə Xorvatiya arasında əməkdaşlıq perspektivlərinə həsr olunmuş dəyirmi masa müzakirələrində iştirak və çıxışı gözlənilir.

Paylaş:
480

Son xəbərlər

Bəzi çaylardan sel keçəcək

11 / 06 / 2025, 14:17
Bütün xəbərlər