Ceyhun Bayramov xorvatiyalı həmkarı ilə görüşüb -YENİLƏNİB | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov xorvatiyalı həmkarı ilə görüşüb -YENİLƏNİB

15:06 - 06 / 09 / 2023
Ceyhun Bayramov xorvatiyalı həmkarı ilə görüşüb -YENİLƏNİB

6 sentyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya Respublikasına rəsmi səfəri çərçivəsində xarici və Avropa işləri naziri Qordan Qrliç Radman ilə görüşüb.

Nazir Ceyhun Bayramov və nazir Qordan Qrliç Radman arasında təkbətək, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilib.

Görüşdə bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-Xorvatiya münasibətlərinin inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli qarşılıqlı səfərlərin, ikitərəfli görüşlərin, davamlı siyasi dialoqun, o cümlədən siyasi məsləhətləşmələr mexanizminin, beynəlxalq təşkilatlar çərçivəsində sıx təmasların strateji tərəfdaşlığın daha da dərinləşdirilməsində mühüm rolu vurğulanıb.

Tərəflər, Azərbaycan və Xorvatiya arasında ikitərəfli və beynəlxalq əməkdaşlıq gündəliyi üzrə bir sıra məsələlər, eləcə də iqtisadi, enerji, kənd təsərrüfatı, humanitar, turizm, minasızlaşdırma fəaliyyəti və digər istiqamətlər üzrə əlaqələrin daha da inkişaf etdirilməsinin, əməkdaşlıq sahələrinin şaxələndirilməsinin təmin edilməsinin vacibliyi ətrafında fikir mübadiləsi aparıb. Orta Dəhliz - Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətinin artdığı bir dövrdə Xorvatiyanın tranzit operatorları və logistika şirkətləri üçün Orta Dəhlizin üstünlüklərindən yararlanmaq üçün çoxsaylı əlverişli imkanların mövcudluğu vurğulanıb.

Nazirlər görüş çərçivəsində regional məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıb. Nazir Ceyhun Bayramov münaqişədən sonrakı dövrdə regiondakı vəziyyət və reallıqlar, o cümlədən Azərbaycan-Ermənistan sülh prosesi, mina təhlükəsi barədə qarşı tərəfi məlumatlandırıb. Ölkəmizin təşəbbüslərinə baxmayaraq, Ermənistanın münasibətlərin normallaşması istiqamətində real addımlar atmaq üçün lazımi siyasi iradə nümayiş etdirmədiyi, ziddiyyətli yanaşmasını davam etdirdiyi, əldə edilən razılaşmaların və öhdəliklərin icrasından davamlı şəkildə yayındığı, siyasi və hərbi təxribatlara əl atdığı, silahlı qüvvələrini hələ də ərazilərimizdən tam olaraq çıxarmadığını, bununla da öhdəliklərini kobud şəkildə pozduğu, bölgədə təhlükədizliyə təhdid yaratdığı bildirilib.

Laçın-Xankəndi yolu ətrafında yayılan iddiaların heç bir əsasının olmadığı diqqətə çatdırılıb. Azərbycanın əraziyə yüklərin daşınması və yolların paralel olaraq istifadə olunması istiqamətində Azərbaycanın təkliflərinin rədd olunmasının “humanitar vəziyyət” barədə iddiaların siyasi manipulyasiya olduğunu sübut etdiyi diqqətə çatdırılıb.

Görüşün ardınca xarici işlər nazirləri tərəfindən ADA Universiteti və Xorvatiya Respublikasının Xarici və Avropa işləri Nazirliyinin Diplomatik Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb.

Daha sonra tərəflər görüşün nəticələrinə dair mətbuata bəyanatlarla çıxış ediblər.

***
13:25

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya xarici işlər və Avropa məsələləri üzrə naziri Grlic Radmanla görüşüb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Azərbaycan XİN rəhbəri xorvatiyalı həmkarı ilə təkbətək və geniş tərkibli formatda görüşüb.

Görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi və regional məsələlər müzakirə olunub.

Paylaş:
442

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər