Sevinc Fətəliyeva: “Azərbaycan regionda sülh və təhlükəsizliyin təmin olunmasında maraqlıdır” | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: “Azərbaycan regionda sülh və təhlükəsizliyin təmin olunmasında maraqlıdır”

16:20 - 07 / 09 / 2023
Sevinc Fətəliyeva: “Azərbaycan regionda sülh və təhlükəsizliyin təmin olunmasında maraqlıdır”

“Azərbaycan regionda sülh və təhlükəsizliyin təmin olunmasında maraqlıdır".

Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

"Lakin Ermənistanın və onun havadarlarının davranışları dayanıqlı sülhün əldə olunmasına imkan vermir. Son zamanlar isə guya Laçın-Xankəndi yolunun bağlı olması və Qarabağ ermənilərinin “blokada şəraitində” qalması barədə iddialar səsləndirilir. ABŞ Dövlət katibi Antoni Blinkenin sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngində də Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb”.

Deputat bildirib ki, Prezident İlham Əliyev telefon söhbəti zamanı prinsipial mövqeyini bir daha ABŞ rəsminin diqqətinə çatdırıb.

"Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəkləməkdə davam etdiyi qondarma separatist rejim Ağdam-Xankəndi yolunun açılmasına qərəzli şəkildə imkan vermir və bu yoldan istifadənin qarşısının alınması üçün süni maneə və əngəllər yaradır, Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə bu yol ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib. Artıq hamıya məlumdur ki, ermənilərin davranışları siyasi manipulyasiyadan başqa bir şey deyil. Əgər həqiqətən “humanitar böhran” varsa, yardımların onlar üçün hansı yolla çatdırılmasının fərqi olmamalıdır. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə həmin əraziyə ərzaq yükləri çatdırılsa da, 10 gündür ki, qanunsuz separatçı rejimin bundan imtina edir, humanitar yardımların dinc əhaliyə çatdırılmasına imkan vermir. Prezident İlham Əliyevin dediyi kimi, dövlətimiz tərəfindən separatizmin bütün təzahürləri qəbulolunmazdır. Digər tərəfdən, Ağdam-Xankəndi yolunun açılmasından sonra Azərbaycanın gömrük və sərhəd-nəzarət rejimi qaydaları tətbiq edilməklə Laçın-Xankəndi yolu açıla bilər".

Millət vəkilinin sözlərinə görə, Ermənistan tərəfindən “Laçın” sərhəd-keçid məntəqəsinin qarşısına Azərbaycanla razılaşdırmadan humanitar təyinatlı olduğunu iddia etdikləri yüklərin gətirilməsi ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir. Cənab Prezident bu məqamı da Antoni Blinkenin diqqətinə çatdırıb. Dövlətimizin başçısı Azərbaycanın Qarabağın erməni əhalisinin nümayəndələrinin reinteqrasiya məsələləri ilə bağlı müzakirələrin aparılması üçün paytaxt Bakıya və ölkəmizin digər şəhərlərinə dəvət edilməsinə baxmayaraq, onların bundan imtina etdiklərini xatırladıb.

“Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən proses qlobal miqyasda diqqət mərkəzindədir. ABŞ da bölgədə sülhün təmin olunması üçün maraqlı görünür. Bu dövlətin Azərbaycanla Ermənistan arasında münasibətin normallaşdırılması prosesində fəal vasitəçiliyi də bunu təsdiqləyir. Təsadüfi deyil ki, sülh sazişi üzrə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin indiyədək keçirdiyi altı görüşdən üçü məhz ABŞ-da baş tutub. Telefon söhbəti zamanı Antoni Blinken sülh müqaviləsinin imzalanması və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərini bundan sonra da davam etdirəcəklərini bildirib, Bakı ilə Xankəndi arasında birbaşa təmasları dəstəklədiklərini vurğulayıb. ABŞ-ın bu mövqeyi təqdirəlayiqdir. Lakin ABŞ Ermənistana qeyri-konstruktiv mövqeyindən əl çəkməsi üçün təzyiq göstərməlidir. Vaşinqtonun bunun üçün kifayət qədər imkanları var”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.

Paylaş:
303

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər