Arzu Nağıyev: “Ermənilər bilməlidir ki, Azərbaycanın daxili və xarici siyasəti dönməzdir” | 1news.az | Xəbərlər
Siyasət

Arzu Nağıyev: “Ermənilər bilməlidir ki, Azərbaycanın daxili və xarici siyasəti dönməzdir”

Aynurə Xudaverdiyeva17:08 - 07 / 09 / 2023
Arzu Nağıyev: “Ermənilər bilməlidir ki, Azərbaycanın daxili və xarici siyasəti dönməzdir”

Ermənistan-Azərbaycan Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib.

Sözügedən münaqişə hələ də davam edir. Son zamanlar Laçın yolunda baş verən hadisələr dünya mediasında müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı 1news.az-a Millət Vəkili Arzu Nağıyev danışıb. deputatın sözlərinə görə, Ermənistanın konkret məqsədi delimitasiya və demarkasiya məsələlərinə getməməkdir.

"Ermənistanın məqsədi sülh müqaviləsinin imzalanmasını uzatmaq və ləngitməkdir. Bütün bunlara baxmayaraq onlar çalışırlar ki, absurd məlumatlar yaymaqla dünya ictimayətini çaşdırsınlar. Çünki BMT-nin Təhlükəsizlik Şurasında onlar fiaskoya uğradı, hər hansısa bir qərar-qətnamə qəbul etdirə bilmədilər, bundan sonra humanitar yardım şousuna əl atdılar. Fransa və digər bəzi havadarlar guya ki, Ermənistana dəstək üçün müxtəlif addımlar atdılar. Rusiyaya qarşı sərt bəyanatlar səsləndirdilər.

Deputat deyib ki, Qarabağ ərazisində 3 kateqoriyalı ermənilər yaşayır.

"Birinci kateqoriya ermənilər Azərbaycan Konsitutiyasına və qanunlarına uyğun yaşamaq istəyən ermənilər, ikinci kateqoriyadan olan ermənilər II Qarabağ Müharibəsi zamanı müxtəlif dövlətlərdən Qarabağ ərazisinə köçürülən ermənilərdir. Onlar hansı ki, müəyyən qanunsuz dəstələrə üzv olub Azərbaycan əleyhinə addımlar atırlar. Üçüncü kateqoriya isə seperatçı qüvvələr və cinayətkarlardır. Ermənilərin tək məqsədi öz havadarları tərəfindən dəstək almaqdır. Ermənilər bilməlidir ki, Azərbaycanın daxili və xarici siyasəti dönməzdir. Qarabağ isə Azərbaycanın ərazisidir. Ermənistan və Azərbaycan arasında danışıqlar davam etdirilməlidir. Ermənilər başa düşməlidir ki, artıq bu limit bitib. Sonu anti-terror əməliyyatları ilə nəticələnə bilər. Sadəcə olaraq humanist addım ataraq biz bunu sona saxlayırıq".

Paylaş:
519

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər