Azərbaycan Ordusunun Gədəbəy istiqamətində mövqeləri atəşə tutulub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Ordusunun Gədəbəy istiqamətində mövqeləri atəşə tutulub

Qafar Ağayev16:07 - 11 / 09 / 2023
Azərbaycan Ordusunun Gədəbəy istiqamətində mövqeləri atəşə tutulub

Sentyabrın 11-i saat 13:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb" - deyə, məlumatda qeyd olunub.

Paylaş:
540

Son xəbərlər

Leysan yağacaq - XƏBƏRDARLIQ

04 / 12 / 2025, 16:35

Çində güclü zəlzələ olub

04 / 12 / 2025, 12:52
Bütün xəbərlər