Ceyhun Bayramov İsveçrəyə işgüzar səfərə yola düşüb | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov İsveçrəyə işgüzar səfərə yola düşüb

16:10 - 11 / 09 / 2023
Ceyhun Bayramov İsveçrəyə işgüzar səfərə yola düşüb

Sentybarın 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə yola düşüb.

XİN-dən 1news.az-a verilən xəbərə görə, səfər çərçivəsində, nazir Ceyhun Bayramovun BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyası çərçivəsində çıxışı, bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Cenevrədəki Ofisinin və digər ixtisaslaşmış qurumların rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

Səfər zamanı həmçinin nazir Ceyhun Bayramovun bir sıra tədbirlər, o cümlədən BMT-nin Cenevrədəki Ofisində “Azərbaycan” otağının açılış mərasimində iştirakı planlaşdırılıb.

Paylaş:
231

Son xəbərlər

Bütün xəbərlər