AzQAC-ın baş katibi: Rusiya QXC-nin ərzaq dolu maşını Xankəndiyə çatıb, yüklər boşaldılır | 1news.az | Xəbərlər
Siyasət

AzQAC-ın baş katibi: Rusiya QXC-nin ərzaq dolu maşını Xankəndiyə çatıb, yüklər boşaldılır

10:48 - 12 / 09 / 2023
AzQAC-ın baş katibi: Rusiya QXC-nin ərzaq dolu maşını Xankəndiyə çatıb, yüklər boşaldılır

"Bu gün saat 7 radələrində Rusiya sülhməramlılarının blok postundan, Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq dolu humanitar yükü keçdi. Artıq ərzaq dolu yük avtomobili Xankəndiyə çatıb. Hazırda yük müvafiq anbara boşaldılır".

Bunu 1news.az APA-ya istinadla xəbər verir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş katibi Ceyhun Mirzəyev deyib.

"Rusiya Qızıl Xaç Cəmiyyətinin əməkdaşları döndükdən sonra onlarla ətraflı söhbət etmək imkanımız olacaq və bu barədə ətraflı məlumat veriləcək. Bizim yüklərimiz hələlik buradadıd. Hər hansı bir yenilik olsa, məlumat verəcəyik. Növbəti humanitar yardımlara gəlincə, əvvəllər də qeyd etmişdik ki, biz yerli şəraiti bilmirik, erməni əsilli sakinlərin nələrə, ərzağa, yaxud nələrə ehtiyaclarının olduğu haqda məlumatımız yoxdur. Yəni bu barədə müvafiq qiymətləndirmədən sonra planlama aparılır və biz cəmiyyət olaraq işimizi həmin planlanmaya uyğun qura bilirik. Yəni birinci ehtiyaclar müəyyənləşdirilməlidir. Ehtiyaclar müəyyənləşəndən sonra istiqamətlərə uyğun addım atılır".

Paylaş:
230

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər