Azərbaycanda tədavülə yenilənmiş 1 manatlıq kağız pul nişanları buraxılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda tədavülə yenilənmiş 1 manatlıq kağız pul nişanları buraxılır

14:45 - 18 / 09 / 2023
Azərbaycanda tədavülə yenilənmiş 1 manatlıq kağız pul nişanları buraxılır

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Tahir oğlu Kazımovun imzasının əks olunduğu yenilənmiş 1 manatlıq kağız pul nişanları 18 sentyabr 2023-cü il tarixindən etibarən tədavülə buraxılır.

1news.az xəbər verir ki, imza banknoun ön tərəfindən sol yuxarı küncdə təsvir edilmişdir. Həmçinin kağız pul nişanının üzərində “2023” istehsal ili əks etdirilmişdir.

Yenilənmiş 1 manatlığın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq dəyişməz saxlanılmışdır.

Yenilənmiş 1 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaqdır.

Banknotun ön və arxa tərəfinin təsvirləri əlavə olunur.

Paylaş:
312

Son xəbərlər

Bütün xəbərlər