Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni TƏYİNAT | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni TƏYİNAT

Qafar Ağayev10:34 - 18 / 09 / 2023
Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni TƏYİNAT

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni təyinat olub

İdarədən 1news.az-a verilən məlumata görə, elm və təhsil nazirinin əmrinə əsasən, Aygün Bayramova BŞTİ-nin İnsan resursları sektorunun müdiri vəzifəsinə təyin edilib.

Bu təyinata qədər A.Bayramova 2007-2023-cü illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Hüquq və İnsan Resursları şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, A.Bayramova 2017-ci ildə hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb, 2021-ci ildə İnsan Resurslarının İdarəedilməsi üzrə beynəlxalq sertifikasiyadan keçib (SHRM-CP), 2022-ci ildə “Executive MBA” proqramı üzrə Böyük Britaniyanın York Universitetinə daxil olub.

Paylaş:
647

Son xəbərlər

Bütün xəbərlər