“Azərbaycan münasibətlərin tənzimlənməsində qeyri-hərbi münasibətlərə üstünlük vermişdi” - Politoloq | 1news.az | Xəbərlər
Siyasət

“Azərbaycan münasibətlərin tənzimlənməsində qeyri-hərbi münasibətlərə üstünlük vermişdi” - Politoloq

Aynurə Xudaverdiyeva16:45 - 21 / 09 / 2023
“Azərbaycan münasibətlərin tənzimlənməsində qeyri-hərbi münasibətlərə üstünlük vermişdi” - Politoloq

"Azərbaycan 44 günlük Vətən Müharibəsindən sonra iki ölkə arasındakı münasibətlərin tənzimlənməsində qeyri-hərbi münasibətlərə üstünlük vermişdi".

Bu sözləri 1news.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva deyib. Onun sözlərinə görə, son 10 ayda Ermənistan tərəfindən Azərbaycana qarşı beynəlxalq arenada ermənilərin havadarları vasitəsilə bir kampaniya başlatmışdılar:

"Bildiyimiz kimi son 10 ayda Ermənistan tərəfindən Azərbaycana qarşı beynəlxalq arenada ermənilərin havadarları vasitəsilə bir kampaniya başlamışdı. Bu kampaniyanın sonunda da Qarabağdakı erməni separatçı qüvvələri, həmçinin Ermənistan dövləti mövcud vəziyyətdən öz çıxarını götürürdü. Əslində bu kampaniyanın birbaşa sifarişçiləri özləri idi. Həmin ərəfələrdə ermənilər Qarabağda qanunsuz seçki keçirirdilər. Aydın məsələdir ki, Azərbaycan 44 günlük Vətən Müharibəsindən sonra iki ölkə arasındakı münasibətlərin tənzimlənməsində qeyri-hərbi münasibətlərə üstünlük vermişdi. Azərbaycan diplomatik üsullarla, humanitar layihələrlə münasibətləri qaydasına qoymağa çalışırdı. Xatırlatmaq istəyirəm ki, Azərbaycan və Ermənistan mediası arasında Tiflisdə görüş təşkil olunmuşdu. Həmin görüşdə Azərbaycan və Ermənistan tərəflərindən başqa Gürcüstandan və Türkiyədən də media nümayəndələri iştirak edirdi. Qeyri-hərbi, diplomatik üsullardan əlavə olaraq, biz media, sivil cəmiyyət vasitəsilə də sülh üçün addımlar atırdıq. Bu son hadisələrdən sonra heç bir sutka da çəkməyən lokal antiterror əməliyyatlarına ehtiyac duyuldu. Cəmi 23 saata bütün daşlar yerinə qoyuldu".

Y.Hacıyeva qeyd edir ki, son hadisələr bir daha onu göstərdi ki, Ermənistan və onun havadarları Azərbaycana qarşı kampaniyalara son qoymalıdırlar:

"Azərbaycanın keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri ağ bayraq qaldırdılar. Razılaşmaya, əsasən, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərk-silah olunurlar.

Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Bildiyimiz kimi, bu gün səhər saatlarında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirildi. Görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələləri müzakirə edildi. Son hadisələr bir daha onu göstərdi ki, Ermənistan və onun havadarları Azərbaycana qarşı kampaniyalara son qoymalıdırlar".

Xatırladaq ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19-20 sentyabr tarixlərində bölgədə lokal xarakterli antiterror tədbirləri həyata keçirilib.

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də, döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılıb.

Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.

Paylaş:
403

Son xəbərlər

Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 220 / 09 / 2024, 17:52Azərbaycanın “Olivea” Brendi Beynəlxalq Arenada İrəliləyir: İxracda Uğurlu Addımlar20 / 09 / 2024, 17:46Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olub20 / 09 / 2024, 17:39Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə olub20 / 09 / 2024, 17:37Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirmək istəyir20 / 09 / 2024, 17:29“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcək20 / 09 / 2024, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib20 / 09 / 2024, 17:09Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olundu20 / 09 / 2024, 16:40Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq20 / 09 / 2024, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub20 / 09 / 2024, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydı20 / 09 / 2024, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTO20 / 09 / 2024, 15:33Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edib20 / 09 / 2024, 15:08Bakıda azyaşlıya qarşı zorakılıq edən şəxs işdən çıxarıldı - VİDEO20 / 09 / 2024, 14:58Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilib20 / 09 / 2024, 14:55Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçirib20 / 09 / 2024, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilib20 / 09 / 2024, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdi20 / 09 / 2024, 14:23Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib20 / 09 / 2024, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıb20 / 09 / 2024, 13:45
Bütün xəbərlər