Naxçıvanda ilk şəhidlər abidə-memorial kompleksi Babəkdə istifadəyə verilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanda ilk şəhidlər abidə-memorial kompleksi Babəkdə istifadəyə verilib - FOTO

14:37 - 08 / 11 / 2023
Naxçıvanda ilk şəhidlər abidə-memorial kompleksi Babəkdə istifadəyə verilib - FOTO

8- noyabr - Zəfər Günündə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda şəhidlər abidə-memorial kompleksinin açılışı olub.

1news.az "Report"a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, rayon ictimaiyyətinin, şəhid ailələri və qazilərin iştirak etdiyi açılış mərasimində əvvəlcə kompleksin ərazisindəki abidə ziyarət olunub, önünə gül dəstələri qoyulub.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnimiz səsləndirilib. Sonra kompleksin ərazisindəki “Tarix yazan qəhrəmanlar” guşəsinə baxış olub.

Mərasimdə çıxış edən Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli 8 noyabrı müasir Azərbaycan tarixinin əlamətdar günü kimi dəyərləndirib.

Səlahiyyətli nümayəndə vurğulayıb ki, tarix boyunca soydaşlarımız öz torpaqlarından didərgin salınmağa məcbur edilib. 1813-cü ildə Gülüstan, 1828-ci ildə Türkmənçay müqavilələri, 1917-ci ildə Sovet İmperiyasının qurulması ilə Qərbi Azərbaycan, Zəngəzur və İrəvan bugünkü Ermənistana hədiyyə edilib. 1988-ci ildə isə belə köç dalğasının ən böyüyünü yaşadıq. Minlərlə ailə 30 il doğma el-obasının nisgilini yaşadı.

Fuad Nəcəfli vurğulayıb ki, Qarabağa edilən hücumların ən dəhşətlisi məhz o illərdə Naxçıvana da olmuşdu: "Lakin 1990-1993-cü illərdə Naxçıvanda artıq bu prosesə son qoyuldu. Bu prosesə son qoymaq cəsarəti isə yalnız ulu öndərimiz Heydər Əliyevə məxsus idi. Şuşadan xalqına müraciət edən müzəffər Ali Baş Komandanımızın sözləri ilə desək, Heydər Əliyev Naxçıvanı işğaldan qorudu. Sevindirici haldır ki, artıq biz bu nisgili yaşamırıq. Heydər Əliyev yolunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandanımız çox çətin bir tarixi dövrdə xalqımıza Böyük zəfəri qazandırdı.

Heç vaxt ümidini və inamını itirməyən Prezident İlham Əliyev ötən 20 ildə Azərbaycan iqtisadiyyatını daha da dirçəltdi, Odumuzu ən qüdrətli ordulardan birinə çevirdi, ən müasir silah və texnikalarla döyüş qabiliyyətini yüksəltdi. Doğrudur, digər qonşu ölkələrin orduları da müasir texnikalara malikdir. Lakin bizim Şanlı ordumuzu fərqli edən, qələbəyə ruhlandıran ən əsas amil həm də döyüşlərdə şücaət göstərən qəhrəman övladlarımızdır. Məhz onların sayəsində illərlə həsrətində olduğumuz Zəfər tarixini qeyd edirik. Bundan sonra bu zəfəri qürurla və böyük quruculuq işləri ilə qeyd edəcək, gələcək nəsillərə aşılayacağıq. Sevinirik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva ilə bu tarixi Zəfəri birgə yaşayırıq. Dünya var olduqca xalqımız bu şanlı tarixi qeyd edəcək, qürurla yaşayacaq".

Fuad Nəcəfli hər kəsi Zəfər Günü münasibətilə təbrik edib, şəhidlərə Allahdan rəhmət, qazilərə cansağlığı arzulayıb.
Mərasimdə şəhid Elbrus Əliyevin atası Əkbər Əliyev və qazi Abbasəli Tarverdiyev çıxış edərək Zəfər Günü münasibətilə təbriklərini çatdırıb, şəhidlərin xatirələrinin belə gözəl ünvanda əbədiləşdirildiyinə, göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli şəhid ailələri və qazilərlə görüşüb, onlarla səmimi söhbət edib.

Mərasim Naxçıvan Qarnizonu Hərbi Orkestrinin ifasında marş sədaları ilə başa çatıb.

Qeyd edək ki, şəhidlər memorial-abidə kompleksi Babək şəhərinin mərkəzində 2500 kvadratmetr ərazidə salınıb. Buradakı abidənin hündürlüyü 9, yerləşdiyi ay-ulduz platformasının diametri 12 metrdir. Memorial guşədə Babək rayonundan olan 64 şəhidin fotoları və onlar haqqında məlumatlar yerləşdirilib. Kompleksin ərazisində yaşıllıq sahələri də salınıb.

Paylaş:
411

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər