Zəlzələdən sonra yol infrastrukturuna baxış keçirilir - AAYDA məlumat yaydı | 1news.az | Xəbərlər
Cəmiyyət

Zəlzələdən sonra yol infrastrukturuna baxış keçirilir - AAYDA məlumat yaydı

Qafar Ağayev10:24 - 07 / 12 / 2023
Zəlzələdən sonra yol infrastrukturuna baxış keçirilir - AAYDA məlumat yaydı

Yerli vaxtla saat 08:16-da Xəzər dənizində baş vermiş və maqnitudası 5,6 olan zəlzələdən dərhal sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin müvafiq strukturları gücləndirilmiş iş rejiminə keçiblər.

1news.az AAYDA-ya istinadən xəbər verir ki, Agentliyin mütəxəssisləri tərəfindən yol infrastrukturuna baxış keçirilir, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır.

Gün ərzində də yoxlamalar davam etdiriləcək.

Bundan başqa, agentliyin balansında olan bütün körpü və yolötürücülərinə, yeraltı və yerüstü keçidlərə, tunellərə nəzarət gücləndirilib.

Həmçinin oxuyun:

Polis gücləndirilmiş iş rejiminə keçdi

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi zəlzələ ilə bağlı sürücülərə müraciət etdi

“Zəlzələ ilə bağlı təcili tibbi yardıma heç bir müraciət daxil olmayıb”

BŞTİ məlumat yaydı: “Hazırda Bakı məktəblərində tədris prosesi davam edir”

Paylaş:
335

Son xəbərlər

Bütün xəbərlər