Sumqayıtda həkimlər yad cisim udan körpənin həyatı xilas edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda həkimlər yad cisim udan körpənin həyatı xilas edib - FOTO

Qafar Ağayev12:33 - 27 / 12 / 2023
Sumqayıtda həkimlər yad cisim udan körpənin həyatı xilas edib - FOTO

Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının Təcili yardım şöbəsində yad cisim udan 4 aylıq körpənin həyatı xilas edilib.

1news.az xəbər verir ki, Xəstəxanaya çatdırılan körpəyə həzm yolunda yad cisim diaqnozu qoyulub və dərhal əməliyyata götürülüb.

Tibb müəssisəsinin uzman həkim-cərrahı Araz Hüseynov və həkim-cərrah Elnur İsgəndərov tərəfindən yad cismin xaric olunması əməliyyatı uğurla başa çatıb.

Körpə zəruri tibbi xidmətlərdən sonra ambulator müalicə üçün evə buraxılıb, vəziyyəti stabildir.

Paylaş:
212

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər