Sumqayıtda ilin ilk körpəsi dünyaya gəlib | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda ilin ilk körpəsi dünyaya gəlib

14:18 - 01 / 01 / 2024
Sumqayıtda ilin ilk körpəsi dünyaya gəlib

Sumqayıtda 2024-cü ilin ilk körpəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sumqayıt Tibb Mərkəzinin Perinatal Mərkəzində dünyaya gəlib.

1news.az-ın xəbərinə görə, 1 yanvar 2024-cü il tarixində saat 07:30-da doğulan körpənin cinsi oğlan, boyu 44 sm, çəkisi 2 kq 400 qr olub.

Qeyd edək ki, 20 yaşlı Sumqayıt sakini Aysu Hüseynova təbii doğuşla körpəni dünyaya gətirib.

Doğuş mama-ginekoloq Arzu Şıxvəlizadə tərəfindən uğurla icra olunub, hazırda ananın və yenidoğulmuşun vəziyyəti stabildir.

Paylaş:
429

Son xəbərlər

Bütün xəbərlər