Yanğına görə Respublika Perinatal Mərkəzindən təxliyə olunmuş körpələrin vəziyyəti açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Yanğına görə Respublika Perinatal Mərkəzindən təxliyə olunmuş körpələrin vəziyyəti açıqlandı

Qafar Ağayev17:03 - 10 / 01 / 2024
Yanğına görə Respublika Perinatal Mərkəzindən təxliyə olunmuş körpələrin vəziyyəti açıqlandı

Respublika Perinatal Mərkəzində baş vermiş yanğın nəticəsində TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinə hospitalizasiya olunan yenidoğulmuşların, hamilə qadın və zahı anaların zəruri müayinə və müalicələri intensiv şəkildə klinik protokollara uyğun olaraq davam etdirilir.

1news.az xəbər verir ki, bu barədə TƏBİB-in mətbuat xidmətindən məlumat verilib..

Bildirilib kli, Hər birinin vəziyyəti, müalicə və müayinəsi TƏBİB rəhbərliyinin, eləcə də tabeli tibb müəssisələrinin aparıcı mütəxəssislərinin nəzarətindədir.

Respublika Perinatal Mərkəzindən digər tibb müəssisələrinə hospitalizasiya olunmuş yenidoğulmuşlardan ümumilikdə 8-i bu gün tam sağlam şəkildə evə yazılıb.

Hazırda müalicəsi davam etdirilən 50 uşaqdan 38-nin vəziyyəti stabil, 6-nın vəziyyəti orta ağır, digər 6-nın vəziyyəti isə qənaətbəxşdir.

Uşaqların müalicəsi Yeni Klinika, Kliniki Tibbi Mərkəz, Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.Qarayev adına 2 saylı Uşaq Xəstəxanası, Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Perinatal Mərkəz, Respublika Klinik Xəstəxanası, Sabunçu Tibb Mərkəzi və Xətai Tibb Mərkəzində davam etdirilir.

Uşaqlardan 2-si (əkizlər) valideynlərinin istəyilə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüb.

Qeyd edək ki, TƏBİB-in aidiyyəti struktur bölmələrinin koordinasiyası ilə Respublika Perinatal Mərkəzinin müalicə həkimləri və mütəxəssisləri də təxliyə olunanların müalicə aldığı tibb müəssisələrinin həkimləri ilə birgə çalışırlar.

Həmçinin oxuyun: Yanğına görə Respublika Perinatal Mərkəzindən təxliyə olunmuş körpələrin vəziyyəti açıqlandı

Rəsmilər Respublika Perinatal Mərkəzinə getdilər - FOTO

“Günahkarlar ciddi şəkildə cəzalandırılacaq” - Anar Ələkbərov

Yanğına görə KTM-ə təxliyə olunan 6 körpənin vəziyyəti ağırdır
Baş prokuror yanğının ilkin başvermə səbəblərindən danışdı: “Araşdırmaq üçün bir qədər vaxt lazımdır”

“Prezident və Birinci vitse-pezident Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsini nəzarətə götürüb”

Yanğında 4 uşaq ölüb, cinayət işi başlanıb - Birgə məlumat

Polislər Respublika Perinatal Mərkəzindəki yanğınla əlaqədar təhlükəsizlik tədbirləri görüblər - FOTO

Bakı şəhər prokuroru yanğınla bağlı Perinatal Mərkəzdədir

TƏBİB: Perinatal Mərkəzdəki yanğında 50-yə qədər şəxs təxliyə olunub, tüstüdən zəhərlənən var - FOTO

Respublika Perinatal Mərkəzində yanğın baş verib - FOTO

Paylaş:
614

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər