Azad olunmuş ərazilərdə hərbi polisin xidməti fəaliyyəti yüksək səviyyədə təşkil edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad olunmuş ərazilərdə hərbi polisin xidməti fəaliyyəti yüksək səviyyədə təşkil edilib - FOTO

Qafar Ağayev17:54 - 19 / 01 / 2024
Azad olunmuş ərazilərdə hərbi polisin xidməti fəaliyyəti yüksək səviyyədə təşkil edilib - FOTO

Azərbaycan Ordusunun hərbi polis bölmələrinin azad edilmiş ərazilərdəki yaşayış məntəqələri və qoşunların dislokasiya yerlərində fəaliyyəti yüksək səviyyədə təşkil olunur.

1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbi polis bölmələri tərəfindən nəzarət-buraxılış məntəqələrində, o cümlədən yeni qurulan stasionar və səyyar postlarda patrul xidməti həyata keçirilir, şəxsi heyətin yoxlanılması və qeydiyyatı, əraziyə daxil olan texnikanın uçotu aparılır, hərbi nəqliyyat vasitələrinin hərəkəti istiqamətləndirilir.

Həmçinin, Azərbaycan Ordusu bölmələrinin dislokasiya yerlərinə gedən kolonlarının təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə müşayiəti həyata keçirilir, eləcə də günün nizam qaydalarına uyğun olaraq hərbi qulluqçular tərəfindən qoşun xidməti və sutkaboyu döyüş növbətçiliyinin yerinə yetirilməsinə nəzarət edilir.

Paylaş:
258

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər