Son iki gündə ölkə ərazisində 16 kq narkotik aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Son iki gündə ölkə ərazisində 16 kq narkotik aşkarlanıb

Qafar Ağayev10:29 - 29 / 01 / 2024
Son iki gündə ölkə ərazisində 16 kq narkotik aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 27-28-də 16 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr, 11,9 kiloqrama yaxın marixuana, 510 qramdan çox heroin, 1,2 kiloqramdan çox tiryək, 2,2 kiloqramdan çox metamfetamin, həmçinin 65 ədəd çətənə bitkisi və 52 ədəd metadon həbləri olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Paylaş:
352

Son xəbərlər

Bəzi çaylardan sel keçəcək

11 / 06 / 2025, 14:17
Bütün xəbərlər