Qarabağ Dirçəliş Fondu Qarabağda ətraf mühitə verdiyi töhfəyə görə təltif edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağ Dirçəliş Fondu Qarabağda ətraf mühitə verdiyi töhfəyə görə təltif edildi

15:58 - 09 / 02 / 2024
Qarabağ Dirçəliş Fondu Qarabağda ətraf mühitə verdiyi töhfəyə görə təltif edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitə töhfə verən müxtəlif təşkilat, şirkət və QHT-ləri təltif edib.

1news.az xəbər verir ki, 2023-cü il ərzində təbiətin mühafizəsi və ətraf mühitin qorunmasına yönələn təşəbbüslərə qoşularaq ətraf mühitin sağlamlaşdırılmasına, biomüxtəlifliyin və ekosistemin bərpasına önəm verən, bu istiqamətdə layihələr həyata keçirən, eyni zamanda ekoloji maarifləndirmə sahəsində təşəbbüskarlıq göstərən sahibkarlıq subyektləri, təşkilatlar və qeyri-hökumət təşkilatları Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “2023-cü ilin ən yaxşı tərəfdaşı” seçilib və onlara stimullaşdırıcı nominasiyalar təqdim olunub.

Tədbirdə “Bioloji müxtəlifliyin qorunması layihələrində ən yaxşı tərəfdaş”, “Korporativ sosial məsuliyyət çərçivəsində ətraf mühit layihələrinə dəstək olan ən yaxşı tərəfdaş”, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ekosistemin bərpasına verdiyi dəstəyə görə ən yaxşı tərəfdaş”, ““Yaşıl gələcək” platforması çərçivəsində keçirilən ağacəkmə aksiyalarında ən yaxşı tərəfdaş” və “Ekoloji maarifləndirmə sahəsində təşəbbüskarlıq və dəstəyə görə ən yaxşı tərəfdaş” nominasiyaları üzrə müxtəlif təşkilatlar, şirkətlər və QHT-lər təltif edilib.

Qeyd olunmalıdır ki, Qarabağ Dirçəliş Fondu da işğaldan azad olunan ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində görülən işlərə verdiyi töhfəyə görə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ekosistemin bərpasına verdiyi dəstəyə görə ən yaxşı tərəfdaş” nominasiyasında xüsusi mükafata layiq görülüb.

Məlumat üçün bildirək ki, Qarabağ Dirçəliş Fondunun prioritet istiqamətlərindən biri də işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpa olunmasıdır. Qarabağda aparılan genişmiqyaslı quruculuq işləri ilə yanaşı, həmin ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində də ciddi addımlar atılır.

Xatırladaq ki, Qarabağ Dirçəliş Fondu ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında imzalanan Anlaşma Memorandumuna uyğun olaraq Zəngilan şəhərinin girişində, 30 hektar ərazidə donorların dəstəyi ilə yerli iqlim şəraitinə uyğun 30 min ağacın əkilməsi həyata keçirilib.

Hazırda QDF-in sifarişi və maliyyə dəstəyi ilə Füzuli şəhərinin yeni Baş plan layihəsinə əsasən, orada məskunlaşacaq əhalinin kütləvi istirahətinə olan tələbatını nəzərə alaraq 22,47 hektar ərazidə Mərkəzi Parkın salınması ilə bağlı işlər davam edir. Park kompleksi şəhər sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsinə imkan yaradan məkana çevrilməklə yanaşı, sağlam və təbii ekoloji mühitin yaranmasına və qorunub saxlanmasına da şərait yaradacaq.

Nəzərinizə çatdıraq ki, Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə bundan sonra da işğaldan azad edilmiş ərazilərimizdə ekoloji tarazlığın bərpası və yaşıllaşdırma layihələri həyata keçiriləcək.

Ölkəmizdə ətraf mühitin qorunması, o cümlədən ekoloji tarazlığın bərpası dövlət başçısının da diqqət mərkəzindədir. Prezident İlham Əliyevin sərəncamları ilə ətraf mühitin qorunması ilə bağlı müxtəlif dövlət proqramları qəbul olunub və bu proqramlara uyğun olaraq respublikanın bütün şəhərlərində, qəsəbələrində, kəndlərində yeni parklar, yaşıllıq sahələri yaradılır, magistral yolların kənarlarında meşə massivləri salınır. O cümlədən Doğma Qarabağımızın müxtəlif ərazilərində ekoloji tarazlığın bərpası ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir.

Paylaş:
265

Son xəbərlər

ADY yeni tədris ilinin başlaması ilə bağlı şəhərətrafı qatar reyslərinin sayını artırır11 / 09 / 2024, 17:50Goranboy və Tərtərdə toxum sərgi-satış yarmarkası təşkil olunub11 / 09 / 2024, 17:45İqtisadi Şura 2025-ci və növbəti 3 il üzrə büdcə layihələrini müzakirə edib - FOTO11 / 09 / 2024, 17:25Parlament seçkiləri ilə əlaqədar MSK-ya 12 müraciət daxil olub11 / 09 / 2024, 16:57Salyan şossesinin “Lökbatan dairəsi” adlanan hissəsi təmir edilir11 / 09 / 2024, 16:50Taksi sürücülərinin avtobus zolaqları ilə bağlı NARAZILIĞI - Ekspert, Bakı DYP və AYNA-dan ŞƏRH11 / 09 / 2024, 15:52Mikayıl Cabbarov AYİB-in Türkiyə və Cənubi Qafqaz üzrə idarəedici direktoru ilə görüş keçirib11 / 09 / 2024, 15:26Sabah hava küləkli olacaq - Proqnoz11 / 09 / 2024, 15:19Növbəti köç karvanı Laçına çatıb11 / 09 / 2024, 15:05Metronun “Azadlıq prospekti” stansiyasından Sumqayıta yeni marşrut xətti istifadəyə verilir11 / 09 / 2024, 14:55DYP yeni tədris ili ilə bağlı əhaliyə müraciət edib11 / 09 / 2024, 14:35Sevinc Fətəliyeva: “Ermənistan hakimiyyəti sülhə maraqlı olmadığını nümayiş etdirir”11 / 09 / 2024, 14:30Azercell-dən Litres və Busuu tətbiqlərindən pulsuz istifadə imkanı11 / 09 / 2024, 14:13Bakıda yeni su və kanalizasiya layihələri icra olunur - VİDEO11 / 09 / 2024, 14:08Baş prokuror Xızıda vətəndaşları qəbul edəcək11 / 09 / 2024, 13:05#CodeForFuture Azərbaycanda İT sahəsində qabaqcıl layihəyə çevrilib!11 / 09 / 2024, 12:32Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub11 / 09 / 2024, 12:15AMB EBRD ilə maliyyə sektorunun dayanıqlı inkişafını müzakirə edib11 / 09 / 2024, 12:10ABB-nin səhmlərinə abunə yazılışı başa çatdı11 / 09 / 2024, 11:44Kibercinayətlə bağlı qalmaqallı cinayət işi - Mikro kredit bazarının lideri olan Azpulmat-ın tövsiyələri11 / 09 / 2024, 11:42
Bütün xəbərlər