Rövzət Qasımov seçki prosesi marafonunda MSK-ya daxil olan şikayətlərin sayı açıqladı
Seçki prosesi marafonunda Mərkəzi Seçki Komissiyasına (MSK) yalnız bir şikayət daxil olub.
1news.az AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov fevralın 11-də prezident seçkilərinin yekunları ilə bağlı keçirilən iclasda səsləndirib.
“MSK daxil olan müraciətlərə kifayət qədər həssas yanaşıb. “Qaynar xətt”ə 700-ə yaxın zəng daxil olub. Bunlardan 670-ə yaxını seçici siyahısı ilə bağlı olub. Hüquqi sənədlərlə bağlı 130 müraciət daxil olub və bu da aydınlaşdırma xarakteri daşıyıb”, - deyə o əlavə edib.
1578