“Şagird zarafat etdiyini bildirib” - Direktordan açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

“Şagird zarafat etdiyini bildirib” - Direktordan açıqlama

12:39 - 20 / 02 / 2024
“Şagird zarafat etdiyini bildirib” - Direktordan açıqlama

"Xəzər rayonu 156 nömrəli tam orta məktəbinin şagirdləri arasında baş verən hadisə dərsdən sonra, məktəbdən kənar ərazidə baş verib".

1news.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında məktəbin direktoru Gülər İsmayılova deyib. O qeyd edib ki, hadisə yanvarın 17-də baş verib:

"Fevralın 14-də video barədə məlumat əldə edilən kimi şagird və valideyni məktəbə dəvət edilib, psixoloq müşayiəti ilə onlarla söhbət aparılıb. Videoda olan 2 qızdan yalnız 1-i bizim məktəbin 11-ci sinif şagirdidir. Videonu çəkən və zorakılığa məruz qalan qız isə məktəbin şagirdləri deyil, qonşularıdır. İzahat zamanı məktəbli bildirib ki, onunla zarafat edib və hərəkətindən peşmandır".

Direktor qeyd edib ki, 11-ci sinif şagirdinin hər hansı pxixoloji problemi yoxdur və bu günə qədər digər məktəblilərə qarşı neqativ halı olmayıb.

Qeyd edək ki, əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırılıb. İstintaq hərəkətləri davam etdirilir.

Həmçinin oxuyun:

DİN, məktəb və BŞTİ məktəbli qızın etdiyi qeyri-etik hərəkətlərlə bağlı məlumat yaydı: “Nəzarətə götürülüb”

Dövlət Komitəsi məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı ailələri nəzarətə götürüb

Məktəbli qızın başqa bir qıza qarşı qeyri-etik davranışları ilə bağlı cinayət işi açıldı

Paylaş:
740

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər