İçərişəhərə avtomobillərin girişnə niyə məhdudiyyət qoyulur? - AÇIQLAMA | 1news.az | Xəbərlər
Mədəniyyət

İçərişəhərə avtomobillərin girişnə niyə məhdudiyyət qoyulur? - AÇIQLAMA

Qafar Ağayev10:04 - 21 / 02 / 2024
İçərişəhərə avtomobillərin girişnə niyə məhdudiyyət qoyulur? - AÇIQLAMA

1news.az-ın redaksiyasına kənar avtomobillərin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna daxil olmasına icazə verilmədiyi ilə bağlı məlumat daxil olub.

Bildirilir ki, fərdi avtomobillə İçərişəhərə daxil olmaq istəsələr də buna icazə verilməliyib. Bəs görəsən buna səbəb nədir? Bu məhdudiyyət hansı səbəbdən qoyulub?

Məsələ ilə ilə bağlı qoruqdan 1news.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsinin 3.1.4-cü bəndinə əsasən Qoruqların ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunmasını və ərazi üçün müəyyən olunmuş rejimin saxlanmasını təmin etmək, habelə 3.1.16-cı bəndin tələbinə əsasən Qoruq ərazisindəki nəqliyyatın hərəkətini müvafiq qaydada təşkil etmək, abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunmasına təhlükə yaratdıqda, onların hərəkətini məhdudlaşdırmaq vəzifələri İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə həvalə edilmişdir.

“Qoruq ərazisinin ümumi sahəsini nəzərə alaraq, nəqliyyatın yüklü saatlarında əraziyə daxil olan nəqliyyat vasitələrinin əraziyə buraxılışı zamanı Qoruq ərazisində qeydiyyatda olan sakinlər, ərazidə fəaliyyət göstərən qurum və təşkilatlar və xüsusi təyinatlı (təcili tibbi yardım, yanğınsöndürən və s.) nəqliyyat vasitələrinə üstünlük verilməklə limitli giriş-çıxış rejimi tətbiq edilir. Qoruq ərazisinin giriş-çıxış məntəqələrinin yanında mövcud olan lövhələrdə bununla əlaqədar məlumat ictimaiyyətə təqdim edilir”.

Paylaş:
540

Son xəbərlər

Bütün xəbərlər