Cəbrayılda quru inşaat qarışıqlarının istehsalı müəssisəsi yaradılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəbrayılda quru inşaat qarışıqlarının istehsalı müəssisəsi yaradılacaq

Qafar Ağayev15:40 - 28 / 02 / 2024
Cəbrayılda quru inşaat qarışıqlarının istehsalı müəssisəsi yaradılacaq

"Mətanət" MMC-yə "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının rezidenti statusu verilib.

1news.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, şirkət Parkın ərazisində quru inşaat qarışıqlarının istehsalı müəssisəsi yaradacaq.

“İnvestisiya dəyəri 5 milyon manat olan müəssisədə 60 daimi iş yerinin yaradılması nəzərdə tutulur", - deyə nazir qeyd edib.

Paylaş:
212

Son xəbərlər

Bütün xəbərlər