Əqli Mülkiyyət Agentliyində gənc ixtiraçılarla görüş keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əqli Mülkiyyət Agentliyində gənc ixtiraçılarla görüş keçirilib - FOTO

21:38 - 14 / 03 / 2024
Əqli Mülkiyyət Agentliyində gənc ixtiraçılarla görüş keçirilib - FOTO

Əqli Mülkiyyət Agentliyində ölkəmizin müxtəlif ali məktəblərində təhsil alan tələbə və doktorarantlar, o cümlədən elm sahəsində çalışan gənclərlə görüş keçirilib.

Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru Anar Hüseynov tədbiri giriş sözü ilə açaraq əqli mülkiyyətin əhəmiyyəti, müasir iqtisadiyyatda onun rolu barədə danışıb. O, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 iyun tarixli "İxtiraçılıq fəaliyyətinin stimullaşdırılması haqqında” Fərmanı əsasında ölkəmizdə ixtiraçılıq fəaliyyətini stimullaşdırmaq və bu sahəyə dövlət dəstəyi göstərmək məqsədilə ixtiraların və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 faizinin dövlət tərəfindən maliyyələşdirilməsinin nəzərdə tutulduğunu bildirib. Eyni zamanda, Agentlik tərəfindən milli ixtiraçılara texnologiyalarının kommersiyalaşdırılması məqsədilə müvafiq dəstəyin göstərildiyi vurğulanıb.

Mərkəzin İxtira, faydalı model və sənaye nümunəsinin ekspertizası şöbəsinin müdiri Sevinc Zeynalova ixtira və faydalı modelə patent alınması üçün milli və beynəlxalq iddia sənədlərinin verilməsi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Avrasiya Patent Təşkilatının müvafiq məlumat bazalarında patent axtarışının həyata keçirilməsi qaydalarını ətraflı izah edib.

Həmin şöbənin aparıcı məsləhətçi-ekspertləri Nazilə Cahangirova və Əlixan Rzaquliyev PCT və Avrasiya patenti üçün müraciətin edilməsi, ərizələrin doldurulması və digər müvafiq prosedurların yerinə yetirilməsi qaydalarını praktiki nümayiş etdiriblər.

Tədbir iştirakçıları öz elmi araşdırmaları sahəsində təcrübələri ilə bölüşüblər. Sonra gəncləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, görüşdə ADA Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Azərbaycan-Fransız Universitetininin tələbə və doktorantları, müxtəlif elmi müəssisələrin əməkdaşları iştirak ediblər.

Paylaş:
245

Son xəbərlər

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29
Bütün xəbərlər