Azərbaycanda ilk dəfə cəzaçəkmə müəssisəsində üz tanıma sistemi yaradılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda ilk dəfə cəzaçəkmə müəssisəsində üz tanıma sistemi yaradılıb

Qafar Ağayev13:14 - 18 / 03 / 2024
Azərbaycanda ilk dəfə cəzaçəkmə müəssisəsində üz tanıma sistemi yaradılıb

Azərbaycanda ilk dəfə olaraq cəzaçəkmə müəssisəsində üz tanıma sistemi yaradılıb.

1news.az
xəbər verir ki, bu barədə Penitensiar Xidmətin yeni tikilmiş Lənkəran Penitensiar Kompleksinə mediaturda məlumat verilib.

Bildirilib ki, sistem ilk olaraq Penitensiar Xidmətin yeni tikilmiş Lənkəran Penitensiar Kompleksinin cəzaçəkmə müəssisəsi də quraşdırılıb. Sistemin quraşdırılmasında məqsəd müəssisədə cəza çəkən məhbusların təhlükəsizliyini təmin etməkdir. Müəssisənin bir korpusunda cəza çəkən məhbus digər yad korpusa daxil olarsa, bu zaman üz tanıma sistemi işə düşür. Sistem həmin şəxsin yad olduğunu aşkarlayır və dərhal həyəcan siqnalı işə düşür.

Paylaş:
333

Son xəbərlər

Bütün xəbərlər