Azərbaycanlı hakim-inspektor UEFA-dan növbəti təyinat alıb | 1news.az | Xəbərlər
Futbol

Azərbaycanlı hakim-inspektor UEFA-dan növbəti təyinat alıb

11:28 - 21 / 03 / 2024
Azərbaycanlı hakim-inspektor UEFA-dan növbəti təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

1news.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Qazaxıstan-Macarıstan oyununda hakim-inspektoru vəzifəsini icra edəcək.

Qeyd edək ki, matç martın 26-da Bakı vaxtı ilə saat 18:00-da Almatıdakı “Almaty Ortalyk” stadionunda start götürəcək.

Paylaş:
0

Son xəbərlər

Bütün xəbərlər