Cəlilabadda fərdi ev tamamilə yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda fərdi ev tamamilə yanıb

15:48 - 30 / 03 / 2024
Cəlilabadda fərdi ev tamamilə yanıb

Cəlilabad rayonunda fərdi yaşayış evi yanıb.

1news.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun dağ kəndi olan Kövüzbulaqda qeydə alınıb.

Belə ki, kənd sakini Əhmədov Şahgəldiyə məxsus 200 kvadratmetr sahəsi olan evdə yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürən və texnikalar cəlb olunmasına baxmayaraq, ev tamamilə yanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
262

Son xəbərlər

Bütün xəbərlər