Rumıniya nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Rumıniya nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

12:18 - 01 / 04 / 2024
Rumıniya nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

Rumıniyanın energetika naziri Sebastyan-İoan Burdujanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Bakıda keçirilən 8-ci iclasında iştirak etmək üçün ölkəmizə rəsmi səfərə gəlib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 1news.az-a verilən xəbərə görə, nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib.

Qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzüb, xatirələrini ehtiramla anıblar.

Paylaş:
158

Son xəbərlər

Bütün xəbərlər