Oğuzda meşə kənarında silah-sursat aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Oğuzda meşə kənarında silah-sursat aşkarlanıb

Qafar Ağayev17:26 - 06 / 04 / 2024
Oğuzda meşə kənarında silah-sursat aşkarlanıb

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisindəki meşə massivinin kənarından biri yivli olmaqla, 2 ov tüfəngi və həmin silahlara məxsus 1000 patron aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, profilaktik tədbirlər zamanı isə rayon sakini olan şəxs atasından qalan sənədsiz tüfəngi könüllü olaraq polisə təhvil verib.

Paylaş:
405

Son xəbərlər

Bütün xəbərlər