Şuşada “Ürək-damar cərrahlarının Şuşa Zirvəsi” adlı elmi toplantı keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şuşada “Ürək-damar cərrahlarının Şuşa Zirvəsi” adlı elmi toplantı keçirilib

Qafar Ağayev09:36 - 15 / 04 / 2024
Şuşada “Ürək-damar cərrahlarının Şuşa Zirvəsi” adlı elmi toplantı keçirilib

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı, Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə "Ürək-damar cərrahlarının Şuşa Zirvəsi" adlı elmi toplantı keçirilib.

1news.az xəbər verir ki, bu tədbir Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra işğaldan azad edilmiş ərazilərimizdə keçirilən ilk elmi toplantıdır.

Toplantıda aidiyyəti dövlət qurumlarının nümayəndələri, ölkəmizdə ürək-damar cərrahiyyəsi və kardiologiya sahəsində fəaliyyət göstərən həkimlər iştirak edib.

Açılış mərasimində çıxış edən Azərbaycan Ürək və Damar Cərrahiyyəsinin fəxri sədri Kamran Musayev mədəniyyət paytaxtımız Şuşada ilk dəfə keçirilən elmi tibbi toplantının əhəmiyyətini qeyd edib.

Sonra TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin Davamlı tibbi təhsil şöbəsinin müdiri Emil İskəndərov çıxış edib. Ürək-damar cərrahlarının Şuşada keçirilən elmi toplantısının həkimlərin elmi yenilikləri müzakirə etməsinə və təcrübə mübadiləsi aparmasına mühüm töhfə verəcəyini bildirib.

AÜDCC-nin sədri Ramil Əliyev toplantının proqramında ürək-damar cərrahları və kardioloqların çıxışlarına yer ayırıldığını, həm çıxışların, həm də aparılacaq müzakirələrin iştirakçıların biliklərini yeniləməsi və təcrübə mübadiləsi üçün faydalı olacağını bildirib.

Daha sonra toplantı panel müzakirələrlə davam edib. Çıxışçılar "Anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsində minimal invaziv üsullar", "Qulaqcıq fibrilyasiyasında LAA bağlanması: kimə və nə zaman?", "Arkus aortanın odlu silah yaralanmasına cərrahi yanaşma", "Aşağı ətrafın asimptomatik periferik arterial xəstəliyi və fasiləli axsama: 2024-cü il klinik təcrübə təlimatları", "Minimal İnvaziv qapaq cərrahiyyəsi: kimə və nə zaman?", "Funksional mitral çatışmazlığında diaqnostika və medikamentoz müalicə", "Dərin venoz trombozun müalicəsində müasir yanaşma" və "Açıq ürək əməliyyatından sonrakı ECMO: zamanlama və taktika" mövzularında təqdimatlar edib, mövzular ətrafında diskussiya aparılıb.

Paylaş:
227

Son xəbərlər

Elm və təhsil naziri Londonda “Clarivate Analytics” şirkətinin rəhbərliyi ilə görüşübBu gün, 17:45Prokurorluq plastik cərrahiyyə və digər estetik prosedurların keçirilməsi ilə bağlı vətəndaşlara müraciət edibBu gün, 17:42Bu rayonda 3 gün qaz olmayacaqBu gün, 17:28Milli Məclisdən Lüksemburq Deputatlar Palatasının sədrinin qərəzli fikirlərini CAVABBu gün, 17:27Əli Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Tehranda anım mərasimində iştirak edib - VİDEO - YENİLƏNİB 2Bu gün, 17:13Mətbuat Şurası tanınmış jurnalist Ramiz Əskərin vəfatı ilə bağlı nekroloq yayıbBu gün, 17:12Bakının 8 Noyabr prospektində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaqBu gün, 16:48İyunun 2-də I və IV qruplar üçün qəbul imtahanları keçiriləcəkBu gün, 16:35Biləsuvarda Birinci Qarabağ müharibəsinin şəhidi Elbrus İsaqov dəfn edilib - YENİLƏNİBBu gün, 16:11Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunubBu gün, 16:09Sabirabadda Birinci Qarabağ müharibəsinin şəhidi Zülfüqar Abbasov dəfn edilib - YENİLƏNİBBu gün, 16:09Daxili Qoşunların Ali Hərbi Məktəbinin adı dəyişdirilibBu gün, 16:05Tərtərdə Birinci Qarabağ müharibəsinin şəhidi Ədalət Əliyev dəfn edilibBu gün, 16:04Bakı-Şamaxı-Yevlax yolunda hərəkət qismən məhdudlaşdırılacaqBu gün, 16:03Birbank-dan daha bir yenilik: Ninja təklifi artıq mobil tətbiqdəBu gün, 15:55Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi Zahid Abbasov dəfn edilibBu gün, 15:32Ucarda Birinci Qarabağ müharibəsinin şəhidi Şöhrət Nuriyev dəfn edilib - FOTOBu gün, 15:27Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni tərkibi formalaşdıBu gün, 15:20ADY nümayəndə heyəti Çin Xalq Respublikasında rəsmi səfərdə olubBu gün, 15:05Tanınmış türkoloq və tərcüməçi Ramiz Əskər vəfat edibBu gün, 14:29
Bütün xəbərlər