Birinci Qarabağ müharibəsinin şəhidi Arif İmaməliyev dəfn olunub - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Birinci Qarabağ müharibəsinin şəhidi Arif İmaməliyev dəfn olunub - YENİLƏNİB

13:52 - 21 / 05 / 2024
Birinci Qarabağ müharibəsinin şəhidi Arif İmaməliyev dəfn olunub - YENİLƏNİB

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, 30 il sonra meyit qalıqları tapılmış İmaməliyev Arif Ələkbər oğlu dəfn olunub.

1news.az "Report"a istinadən xəbər verir ki, vida mərasimi başa çatdıqdan sonra mərhumun nəşi Suraxanı Şəhidlər xiyabanına gətirilərək torpağa tapşırılıb.

13:14

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, 30 il sonra meyit qalıqları tapılmış İmaməliyev Arif Ələkbər oğlu ilə vida mərasimi keçirilir.

1news.az "Report"a istinadən xəbər verir ki, Bakıda keçirilən mərasimdə mərhumun yaxınları, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, A.İmaməliyev 1960-cı ildə Bakı şəhərində anadan olub, 1994-cü il fevralın 15-də Kəlbəcər rayonunda, Murovdağ ətrafında gedən döyüşlərdə itkin düşüb.

Paylaş:
446

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər