Məhkəmə-Hüquq Şurası Koreya Respublikasında keçirilən beynəlxalq tədbirdə təmsil olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Məhkəmə-Hüquq Şurası Koreya Respublikasında keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Qafar Ağayev12:55 - 20 / 06 / 2024
Məhkəmə-Hüquq Şurası Koreya Respublikasında keçirilən beynəlxalq tədbirdə təmsil olunub

2024-cü ilin 9-19 iyun tarixlərində Koreya Respublikasının Korrupsiyaya qarşı mübarizə və Vətəndaş Hüquqları Komissiyası (ACRC) tərəfindən Azərbaycan, Özbəkistan və Tacikistan respublikalarının aidiyyəti qurumlarının əməkdaşları üçün korrupsiyaya qarşı mübarizə sahəsində təlim təşkil edilib.

1news.az xəbər verir ki, Koreya Respublikasının paytaxtı Seul şəhərində keçirilən tədbirdə ölkəmizi Məhkəmə-Hüquq Şurasının Aparatına ezam olunmuş Bakı Apellyasiya Məhkəməsinin hakimi Səməd Cəfərov, Məhkəmə-Hüquq Şurasının Aparatının və Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.

Korrupsiyaya qarşı mübarizə siyasətinin həyata keçirilməsi, müvafiq sahədə maraqlar toqquşması hallarının qarşısının alınması, məlumat verən şəxslərin müdafiəsinin təmin edilməsi, bu qəbildən olan cinayət işlərinin istintaqının xarakterik xüsusiyyətləri, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı effektiv mübarizə, aktivlərin bərpası və idarə olunması, korrupsiyaya qarşı mübarizə sahəsində hüquqi yardım və ekstradisiya mövzularında qarşılıqlı müzakirələr keçirilib.

Tədbir çərçivəsində nümayəndə heyətini qəbul edən Komissiyanın sədri cənab Yu Çul Van seminarın qarşılıqlı münasibətlərin inkişafında vacib rol oynadığını qeyd edərək, korrupsiyaya qarşı mübarizədə əməkdaşlığın genişlənməsi və birgə səylər göstərilməsinin əhəmiyyətini vurğulayıb.

Heyət tərəfindən ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər, bu sahədə mövcud müsbət təcrübə və əldə olunmuş nailiyyətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Sonda təlimi uğurlu şəkildə başa vurmuş Azərbaycan Respublikasının nümayəndə heyətinin üzvləri müvafiq sertifikatlarla təltif olunublar.

Paylaş:
184

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər