Pakistan qırıcıları Azərbaycan Prezidentinin təyyarəsini müşayiət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Pakistan qırıcıları Azərbaycan Prezidentinin təyyarəsini müşayiət edib

Qafar Ağayev13:41 - 11 / 07 / 2024
Pakistan qırıcıları Azərbaycan Prezidentinin təyyarəsini müşayiət edib

Azərbaycan Prezidentinin təyyarəsi Pakistan ərazisinə daxil olarkən qırıcılar havaya qaldırılıb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasında paylaşım edib.

“Pakistanın hava məkanına daxil olarkən Pakistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Azərbaycanın 1 nömrəli heyətini salamlayır və müşayiət edir!”, - paylaşımda deyilir.

Paylaş:
414

Son xəbərlər

Bütün xəbərlər