Bu ilin I yarısında dövlət qeydiyyatından keçən xarici investisiyalı müəssisələrin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu ilin I yarısında dövlət qeydiyyatından keçən xarici investisiyalı müəssisələrin sayı açıqlanıb

Qafar Ağayev17:45 - 15 / 07 / 2024
Bu ilin I yarısında dövlət qeydiyyatından keçən xarici investisiyalı müəssisələrin sayı açıqlanıb

2024-cü ilin iyul ayının 1-nə respublika üzrə uçotda olan 1.556.028 vergi ödəyicisinin 87,2%-i fiziki şəxslər, 12,8%-i hüquqi şəxslər və digər təşkilatlar olub.

1news.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 95.037 vahid (6,5%), o cümlədən fiziki şəxslərin sayı 81.340 vahid (6,4%), hüquqi şəxslərin sayı 13.697 vahid (7,4%) artıb.

Məlumata görə, iyul ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 182.304 vahid təşkil edib və 2023-cü ilin ilk 6 ayı ilə müqayisədə 8,1% artım qeyd alınıb.

2024-cü ilin yanvar-iyun aylarında 6.172 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 5.528-i (89,6%) yerli investisiyalı, 644-ü (10,4 %) xarici investisiyalı müəssisələrdir. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 4.961-i (80,4 faizi) elektron qaydada, onların isə 4.027-si Asan İmza ilə, 923-ü yeni üsulla (finkod+mobil nömrə), 11-i “SİMA” rəqəmsal imzası vasitəsilə edilmiş müraciətlər əsasında qeydə alınıb.

İyul ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 37.636 vahid təşkil edərək 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 15% artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 31,9 faiz təşkil edib.

Həmin tarixə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,1%-i məhdud məsuliyyətli cəmiyyət, 1,2%-i səhmdar cəmiyyət, 1,1%-i kooperativ və s. formalarda yaradılıb.

İyul ayının 1-nə dövlət qeydiyyatında olan 117.802 kommersiya qurumunun vəziyyəti aktiv olub. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 10,7% artıb.

Paylaş:
191

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər