Şəki şəhərində keçirilən “KOB FEST” sərgi-satış yarmarkasında 70-dən çox KOB subyektinin məhsul və xidmətləri sərgilənir | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəki şəhərində keçirilən “KOB FEST” sərgi-satış yarmarkasında 70-dən çox KOB subyektinin məhsul və xidmətləri sərgilənir

Qafar Ağayev15:19 - 18 / 07 / 2024
Şəki şəhərində keçirilən “KOB FEST” sərgi-satış yarmarkasında 70-dən çox KOB subyektinin məhsul və xidmətləri sərgilənir

Növbəti “KOB FEST” sərgi-satış yarmarkası Şəki şəhərində keçirilir.

1news.az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən yarmarkada Qax, Balakən, Şəki və Qəbələdən olan 70-dən çox mikro və kiçik sahibkarın məhsul və xidmətləri nümayiş olunur. Yarmarkada ipək kələğayı və xalçalar, lavanda, bal və arıçılıq məhsulları, qurudulmuş meyvələr, konservləşdirilmiş məhsullar, keramika, suvenir və bijuteriyalar, sərinləşdirici içkilər, müxtəlif əl işləri, rəssamlıq nümunələri, dəri üzərində tikmə, taxta üzərində oyma və s. məhsullar sərgilənir və satışı həyata keçirilir.

Yarmarkanın açılış mərasimində çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Milli Məclisin 6-cı çağırış millət vəkili Vüqar İskəndərov tədbirin bölgəyə xas olan məhsulların tanıdılması, KOB-ların satış imkanlarının genişləndirilməsi, yerli KOB-lar arasında əlaqələrin qurulması baxımından faydalı olduğunu qeyd ediblər.

Sərgi-satış yarmarkası iyulun 20-dək hər gün saat 10.00-dan 18.00-dək fəaliyyət göstərəcək.

Qeyd edək ki, “KOB FEST” sərgi-satış yarmarkaları regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması, satışına dəstək olmaq, istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsi məqsədilə keçirilir. Ölkənin müxtəlif şəhər və rayonlarında təşkil olunan “KOB FEST”lərdə məhsul və xidmətlərini təqdim etmək və satış imkanlarını genişləndirmək istəyən KOB subyektləri üçün lazımi şərait yaradılır, bütün xərclər dövlət dəstəyi hesabına qarşılanır.

Növbəti “KOB FEST” sərgi-satış yarmarkasının Gəncə şəhərində keçirilməsi planlaşdırılır.

Paylaş:
247

Son xəbərlər

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə müraciət edib17 / 10 / 2024, 18:50Musiqi məktəblərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə keçid balı aşağı salınıb17 / 10 / 2024, 17:43Oktyabrın 19-u COP29 tədbirinə hazırlıq məqsədilə paytaxtın bir sıra küçə və prospektlərində hərəkətə məhdudiyyətlər tətbiq olunacaq17 / 10 / 2024, 17:36Fasilələrlə yağış yağacaq - XƏBƏRDARLIQ17 / 10 / 2024, 17:27Sabah hava necə olacaq? - PROQNOZ17 / 10 / 2024, 14:39Yasamal rayonunun Mikayıl Müşfiq küçəsi təmir edilib17 / 10 / 2024, 14:18İlham Əliyev Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub - YENİLƏNİB17 / 10 / 2024, 13:46Əmtəə bazarlarında qızılın qiyməti 2 700 dollara yaxınlaşıb17 / 10 / 2024, 12:09Vüqar Qurbanov: “Bu gün təcili tibbi yardım xidmətinin keyfiyyətinin və əlçatanlığının artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçiririk”17 / 10 / 2024, 11:41TƏBİB təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşdirilməsinə və optimallaşdırılmasına dair brifinq keçirib17 / 10 / 2024, 11:27AMB günün valyuta məzənnələrini açıqladı17 / 10 / 2024, 11:23Oğuzda narkotik vasitə satışında şübhəli bilinən şəxs tutulub17 / 10 / 2024, 11:09Kamaləddin Qafarov: “17 oktyabr – Füzuli Şəhəri Günüdür”17 / 10 / 2024, 10:35Azərbaycan neftinin qiyməti 75 dolları ötüb17 / 10 / 2024, 10:15“UForex” hesabını “SİMA İmza” ilə aç!17 / 10 / 2024, 10:05ABB-dən kapital bazarlarını canlandıracaq daha bir addım!17 / 10 / 2024, 10:00Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA17 / 10 / 2024, 09:38Ermənistanın Gəncəni növbəti dəfə raket atəşinə tutmasından 4 il keçir17 / 10 / 2024, 09:35Bu gün Füzulinin işğaldan azad olunmasından dörd il ötür17 / 10 / 2024, 09:19Prezident Füzulinin işğaldan azad edilməsin dördüncü ildönümü ilə bağlı paylaşım edib17 / 10 / 2024, 09:06
Bütün xəbərlər