ANAMA növbəti dəfə minalarla bağlı əhaliyə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA növbəti dəfə minalarla bağlı əhaliyə müraciət edib

Qafar Ağayev12:18 - 20 / 07 / 2024
ANAMA növbəti dəfə minalarla bağlı əhaliyə müraciət edib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ötən gün Kəlbəcərdə baş verən mina hadisəsindən sonra növbəti dəfə əhaliyə çağırış ünvanlayıb.

1news.az xəbər verir ki, çağırışda vətəndaşların təhlükəsizlik qaydalarına riayət etmələri, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmaları və bələd olmadıqları ərazilərə daxil olmamaları qeyd olunub.

Mina təhlükəsi ilə bağlı mütləq riayət edilməli qaydalar aşağıdakılardır:

• Təhlükəli və minalı ərazidə olduğunuzu hiss etdinizsə - DAYANIN, hərəkət etməyin!

• Mina hadisəsinin şahidi olduğunuz halda, həmin yerə yaxınlaşıb kömək etməyə cəhd etməyin, özünüzü təhlükəyə atmayın!

• Dərhal hadisə barədə 805, 102 və ya 112 qaynar xətlərinə məlumat verin!

Xatırladaq ki, iyulun 19-da Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib. Nəticədə, minaya düşən sakin və ona kömək etmək istəyən daha bir şəxs yaralanıb. Daha sonra hər iki yaralıya kömək etmək istəyən üçüncü sakinin əraziyə daxil olması ilə ikinci partlama baş verib və xəsarət alanların sayı üçə çatıb.

Paylaş:
348

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər