“Ağdaş” futbol klubunun prezidenti çayda boğularaq ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Ağdaş” futbol klubunun prezidenti çayda boğularaq ölüb

10:31 - 22 / 07 / 2024
“Ağdaş” futbol klubunun prezidenti çayda boğularaq ölüb

Ağdaşda futbol klubunun prezidenti çayda boğulub.

1news.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Dəhnəxəlil kəndində qeydə alınıb.

Rayon sakini, 1988-ci il təvəllüdlü Fərid Ağazadə çayda çimərkən boğulub. Onu sudan çıxartmağa çalışan qohumu, 1990-cı il təvəllüdlü Rəhman Əliyev də boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Rəhman Əliyev Azərbaycanın futbol üzrə II Liqa təmsilçisi "Ağdaş" klubunun rəhbəridir.

Paylaş:
240

Son xəbərlər

Bütün xəbərlər