Rövzət Qasımov: Seçkilərlə bağlı çap olunan bülletenlərdə 991 namizədin adı qeyd edilib
Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı çap olunan bülletenlərdə 991 namizədin adı qeyd edilib.
1news.az "Seçki 2024" Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, artıq seçki prosesinin son mərhələsidir:
"Komissiyanın qərarı ilə 6516567 seçki bülleteni çap olunub. Bülletenlərə 991 namizədin adı qeyd edilib. Bu o deməkdir ki, sentyabrın 1-də keçirilən seçki prosesində geniş seçim imkanı var".
R.Qasımov bildirib ki, bu zamana qədər namizədlərin bütün təşviqat zamanı bir-birinə qarşı addımları sakit atmosferdə davam edir.
850