Bakıda “Formula-1”ə görə daha bir yolda hərəkət məhdudlaşdılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Formula-1”ə görə daha bir yolda hərəkət məhdudlaşdılır

Qafar Ağayev12:40 - 24 / 08 / 2024
Bakıda “Formula-1”ə görə daha bir yolda hərəkət məhdudlaşdılır

24 avqust saat 23:59-dan etibarən Azadlıq prospektindən Neftçilər prospektinə çıxış nəqliyyatın hərəkəti üçün məhdud olacaq.

1news.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət "Formula 1" Azərbaycan Qran-Prisi 2024-ə hazırlıq çərçivəsində paytaxtın bəzi küçə və prospektlərində quraşdırma işləri ilə bağlıdır.

Qeyd edək ki, 13-15 sentyabr tarixlərində Bakıda "Formula 1" Azərbaycan Qran-Prisi 2024 baş tutacaq.

Paylaş:
490

Son xəbərlər

Bütün xəbərlər